Şriftin ölçüsü :

Saytın rəngi :

Tanınmış elm və sənət adamları rayonumuzda

10 aprel 2013 | 15:00

Ölkəmizin hər yerində olduğu kimi, Sabirabad rayonunda da xalqımızın Ümummilli lideri Heydər Əlıyevin anadan olmasının 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Aprelin 9-da keçirilmiş tədbirə respublikamızın bir qrup tanınmış elm, sənət adamları, ədəbi içtimaiyyətin nümayəndələri təşrif buyurmuşdular. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək qoymuşlar. Sonra Heydər Əlıyev adına Mədəniyyət Sarayında rayon içtimaiyyəti nümayəndələrinin, ağsaqqallarının, ziyalıların, idarə, müəssisə rəhbərlərinin, müəllımlərin, tələbələrin iştirakı ilə keçirilən görüşü tanınmış şair Çingiz Əlıoğlu açmışdır. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbir iştirakçılarını salamlamış, ulu öndərin ölkənin tərəqqisi, müstəqilliyimizin qorunması sahəsində gördüyü əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, ümummilli liderimizin tamamlaya bilmədiyi işləri onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əlıyev uğurla davam etdirir.
Ulu öndər Heydər Əlıyevin xatirəsi bir dəqiqəlık sükutla yad edilmişdir.
Çingiz Əlıoğlunun aparıcılığı ilə keçirilən tədbirdə millət vəkili, “Şöhrət” ordenli yazıçı publisistAqil Abbas, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, görkəmli ədəbiyyatşünüs alım, professor Nizaməddin Şəmsizadə, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, filalogiya elmləri doktoru, professor, şair Ənvər Əhməd, Azərbaycan Milli Elmlər Akademiyasının, Qırğızıstanın“Manas” Akademiyasının üzvü, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Adil Cəmil, bədii qiraət ustası Nadir Hüseynov, Azərbaycan Yazıçılar Birliyi “Aran” bölməsinin sədri Sərvaz Hüseynoğlu, gənc şair Qismət, rayon Ziyalılar Cəmiyyətinin sədrı Böyükağa Həmidov, Şəhriyar kənd tam orta məktəbinin müəllimi, şair Arzuman Babaşov, məktəbli Cəfər Sadiq və başqaları çıxış etmişlər.
Tədbirdə şairlər ulu öndərə həsr etdikləri şerləri oxumuşlar. Çıxış edənlər ulu öndər Heydər Əlkıyevin fitri istedada, tükənməz yaradıcılıq enerjisinə, geniş  siyasi təfəkkürə, dərin insani keyfuyyətlərə, qeyri-adi iradəyə, qüvvəyə malik olan nadir şəxsiyyət olduğunun dilə gətirmişlər. Qeyd etmişlər ki, bütün türk xalqının fəxrı, vüqarlı və əzəmətli şəxsiyyət, ümummilli lider Heydər Əlıyev özünün məqsədyönlü siyasi fəaliyyəti ilə xatirələrdə\ yaşayır. Ulu öndər bu gün də bizimlədir. Hər zaman da bizimlə olacaqdır. Çünki dahilər heç vaxt ölmürlər. Tədbir iştirakçıları bir-birindən gözəl fikirlər söylədilər, ulu öndər haqqında xatirələr danışdılar.
Tədbirin sonunda Bakıdan gəlmiş və yerli incəsənət ustaları maraqlı konsetr proqramı ilə çıxış etmişlər.

Keçidlər