Sabirabad rayonunda “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçlığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Sabirabad Regional Mədəniyyət idarəsinin əməkdaşı Telman Əzimov açaraq ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi və islami dəyərlərin qorunmasından, bu sahədə həyata keçirilən tədbirlərdən danışmış, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarını diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov öz çıxışında Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin sülh şəraitində yaşandığı bir ölkə olduğunu, hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulamışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.