Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Cavad kəndində növbəti səyyar görüş-qəbul keçirdi
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Cavad kəndində keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.
İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Görüşdə iştirak edən 130 nəfər kənd sakininindən 7 nəfərin çıxışı qeydə alınmışdır. Qismət Abasov, Sevda Hümbətova, Asim İsmayılov, Südabə Priyeva, Əfras Əsgərov, Əlibala Qəhrəmanov və başqaları yeni məktəb binasının tikintisi, dren-kollektorların lildən təmizlənməsi, suvarmanın düzgün təşkili, sosial yardım və digər məsələlərin həll olunmasında köməklik göstərilməsini xahiş etmişlər.
Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.