Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Kürkəndi kəndində növbəti səyyar görüş-qəbul keçirdi

18 iyun 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Kürkəndi kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.

İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarıın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Görüşdə iştirak edən 125 nəfər kənd sakininindən 9 nəfərin çıxışı qeydə alınmışdır. Sabir Qurbanov, Ələmdar Yusifov, Səmayə Novruzova, Şamxal Davudov və başqaları çıxış edərək dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri, Kürkənd kəndinə marşurut avtobusunun ayrılması və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 8 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir.

Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Keçidlər