Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Mürsəlli kəndində növbəti səyyar qəbul-görüşü keçirib

11 iyun 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar qəbul-görüşünü rayonun Mürsəlli kənd sakinləri ilə keçirib

Rayonun Mürsəlli kənd sakinlərinin, rayon İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları və xidmət sahələri rəhbərlərinin iştirak etdiyi qəbulda S.Cabbarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Sabirabad rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran S.Cabbarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər