Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda soyqrım qurbanlarının xatirəsinə böyük ehtiram

29 mart 2013 | 16:00

Min illərdən üzübəri davam edən unutqanlığımız, laqeyidliyimiz xalqımızın saysız-hesabsız erməni cinayətlərinə tuş etmişdir. Azərbaycanın minlərlə qəhrəman övladları, zəka sahibləri məhz erməni xəyanətinin qurbanı olmuşlar.
İlk dəfə Ümummilli liderimiz Heydər Əliyev xalqımızın tarixi və milli yaddaşını özünə qaytardı, unutqanlığımıza son qoydu, ermənilər tərəfindən azərbaycanlıların soyqrımı barədə ilk hüquqi sənədi tariximizin səhifəsinə yazdı. Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyev erməni kimliyini, armənilərlə bağlı həqiqətləri dünyaya çatdırır, xalqımızın qan yaddaşını möhkəmləndirir. Ölkə başçısının bu istiqamətdə siyasəti Sabirabad rayonunda da ardıcıllıqla yerinə yetirilir. Rayonda 31 Mart azərbaycanlıların soyqrımı gününün qeyd edilməsi barədə rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun Sərəncamı ilə geniş tədbirlər plpnı təsdiq olunmuş, idarə və müəssisələrdə, təhsil ocaqlarında bu səpgili tədbirlər keçirilmişdir.
Martın 28-də isə bu tədbirlərin davamı olaraq İcra Hakimiyyətinin iclas zalında bu münasibətlə geniş mərasim  keçirilmişdir. Tədbirin əvvəlində soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək tarixin müxtəlif mərhələlərində xalqımızın başına gətirilən müsibətlərdən danışmış, Ulu öndərimiz Heydər Əliyevin «Azərbaycanlıların soyqrımı haqqında» fərmanının tarixi əhəmityyətindən bəhs etmiş, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağla bağlı siyasətini mərasim iştirakçılarına çatdırmışdır. Natiq çıxışını Prezidentin aşağıdakı sözləri ilə başa vurmuşdur: « İndiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır. Əgər onlaro öz xalqının gələcəyi haqqında düşünürlərsə, öz siyasətlərində dəyişiklik etməlidirlər. Azərbaycanın işğal olunmuş torpaqlarından qeyri-şərtsiz çıxmalıdırlar»
Yığıncaqda çıxış edən H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin tarix müəlımi Afiq Ağayev, məktəbli gənc Çinarə Şirinova erməni cinayətlərindən söz açmış və ermənilərin soyrrım siyasətinin ifşasında dövlət başçısı ilə yanaşı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Fondun Moskvadakı təmsilçisi Leyla xanıma dönə-dönə təşəkkürlərini bildirmişlər.

Keçidlər