Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə tədbir keçirilmişdir

27 may 2019 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə Sabirabad şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdən əvvəl Ulu öndərin abidəsi ziyarət olunaraq,  önünə tər gül-çiçək qoyuldu.

Tədbirin rəsmi hissəsində dövlət himni səsləndirildi. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məruzə ilə çıxış etdi. Qeyd etdi ki, müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 101 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Azərbaycanın tərəqqipərvər siyasi elitası birləşərək müstəqil milli dövlətçiliyin yaradılmasına nail olmuşdu.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq  müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.

İcra başçısı Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğundan, XX əsrin sonunda milli dövlətçiliyimizin qorunub saxlanılmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, ölkəmizin milli dövlətçilik tarixindən, ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda Heydər Əliyev siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən ətraflı danışdı və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində dövlətimizin çox sürətlə inkişaf etməsindən, müstəqilliyimizin daha da möhkəmləndiyindən bəhs etdi.

Sonra tədbir bir-birindən rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər