Minbaşı kəndində səyyar görüş-qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Minbaşı kəndində keçirilib.
Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, Görüşdə rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edirlər. Bu görüşlərdə əsas məqsəd yerlərdə ümumi vəziyyəti öyrənmək, mövcud olan problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görməkdən ibarətdir.
İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və bütün növ əmək pensiyalarının, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin ödənilməsi və qaz limitinin atırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Sakinlərdən Vidadi Əliyev, Pirverdi Mahmudov, Şamil Əliyev və başqaları çıxış edərək su kanallarının və drenlərin lildən təmizlənməsini, qazın təzyiqinin qaldırılmasını, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə SİP kabelləşmənin sürətləndirilməsini, tut bağının salınmasına köməklik göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlərlə əlaqədar aidiyyatı müəssisələrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.