Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda rus icmasının üzvləri ilə görüş

25 aprel 2019 | 16:00

Provoslavların Pasxa bayramı münasibətilə Sabirabad rayonunda tədbir keçirilmişdir. Tədbirdə rayonda yaşayan rus icmasının üzvləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləndiyindən, hər bir insanın dini etiqad azadlığının təmin olunduğundan geniş danışmışdır. Natiq hər il rayonda keçirilən Pasxa bayramının xeyirxahlığın, mərhəmət və səadət duyğularının ifadəsi olduğunu vurğulamış və rusları Pasxa bayramı münasibətilə təbrik etmişdir.

Rus icmasının sədri Aleksandr Qluxov çıxış edərək özlərini sabirabadlı hesab etdiklərini, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını demiş və ruslara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirmişdir.

Axırda rus icmasının üzvlərinə maddi yardım göstərilmişdir.

 

Keçidlər