Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami kəndində səyyar qəbul keçirilmişdir

23 aprel 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nizami kənd mədəniyyət evində səyyar qəbul keçirmişdir. Sakinlər qarşısında çıxış edən Nazim İsmayılov qeyd etmişdir ki, bu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atılmışdır. 3 milyondan çox vətəndaşımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və minimum pensiyanın 40 faiz, sosial müavinətlərin iki dəfə, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz, tələbələrin təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin   artırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəlmişdir. O həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Səyyar qəbulda  kənd sakinlərinə şikayət, çıxış və təkliflər üçün lazımi şərait yaradılmışdır. Müraciətlər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

 Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər