Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqqlarının ödənişi qaydalarının icrası və ümumilikdə neqativ hallara yol verilməməsini təmin etmək məqsədilə yaradılmış komissiyanın iclası keçirilmişdir

15 aprel 2019 | 16:00

Komissiyanın sədri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  keçirilən iclasda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhər və rayonlarda əhalinin məşğulluğunun artırılması məqsədilə müvəqqəti iş yerləri açılmışdır.

Ölkə başçısının tapşırığına uyğun olaraq Sabirabad rayonunda da əhalinin məşğulluğunun artırılması üçün 2019-cu ildə 605 müvəqqəti iş yerləri açılmışdır. Hazırda 605 nəfər iş axtaran sabirabadlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «DOST İş Mərkəzi» MMC tərəfindən işə qəbul olunmuşdur. Həmin işçilər aşağıdakı müəssisələrdə işə cəlb edilmişlər.

Sabirabad rayon Yaşıllaşdırma sahəsi üzrə      - 297 nəfər

Sabirabad rayon Mənzil istismar sahəsi üzrə   - 179 nəfər

Sabirabad rayon Sanitar təmizlik sahəsi üzrə   - 129 nəfər

 

Bundan əlavə 2019-cu ildə “Socar” şirkəti 75, “Azərişıq” ASC 55, “Azərenerji” ASC 3, cəmi 133 nəfərin həmin şirkət və səhmdar cəmiyyətlərin Sabirabad rayonu üzrə fəaliyyət göstərən müəssisələrində işə qəbul edilməsi nəzərdə tutulmuş, hazırda həmin iş yerləri vakantdır.

Vakant yerlərə işə qəbul olunmaq istəyənlər Sabirabad rayonunda qeydiyyatda olub orada yaşamaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon Məşğulluq Mərkəzinə müraciət etməlidirlər. Məşğulluq Mərkəzinin göndərişi əsasında müraciət edən vətəndaşlar həmin təşkilatlarda işlə təmin edilirlər.

Komissiyanın qarşısında duran əsas vəzifə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu sahədə neqativ hallara yol verilməsinin qarşısını almaqdan ibarətdir.

İclasda Məşğulluq mərkəzinin direktoru Cavid Cavadov, Sanitar təmizlik sahəsinin rəisi Rüstəm Nəsirov, Yaşıllaşdırma sahəsinin rəisi İnqilab Hüseynov, Mənzil İstismar sahəsinin rəisi Ağanəzər Gülməmmədov vəziyyətlə bağlı məlumat vermişlər. Komissiya üzvləri, rayon İcra Hakimiyyəti başçısının I müavini Həsən Həsənov, rayon Prokurorunun müavini Ramil Ədilov, RİHB aparatının sektor müdiri – baş mühasib Elçin Ağaşirinov və başqaları çıxış edərərək fikir və təkliflərini bildirmişlər.

Komissiyanın sədri rayon İcra Hakimiyyətinin başçısı iclası yekunlaşdıraraq aidiyyatı təşkilatların diqqətini bu sahədə şəffaflığın təmin olunmasına yönəltmişdir.

O, qeyd etmişdir ki, işə qəbul olunmuşların işlərə cəlb edilməsi üçün dislokasiyalar dəqiq hazırlanmalı və ona əməl edilməlidir. İşə qəbul olunmuşların əmək haqqı kartlarının kənar şəxslərdə olması və kənar şəxslər tərəfindən əmək haqqının alınması ciddi qanun pozunluğudur. Komissiya tərəfindən aidiatı qurumlarla birlikdə müntəzəm monitorinqlər keçirilməli, aşkar olunmuş nöqsanlar dərhal aradan qaldırılmalıdır. Bu sahədə qanunsuzluqlar aşkar edildiyi təqdirdə materialların aidiatı üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin edilməlidir.

Vakant yerlərə işə qəbul şəffaf aparılmalıdır. Bəzi sosial şəbəkələrdə işə qəbul zamanı vətəndaşların incidilməsi, onlardan təmənna istənilməsi barədə materiallara rast gəlinir.

Ona görə bir daha aidiatı qurumların rəhbərlərinə, bu işə məsul olan digər şəxslərə ciddi xəbərdarlıq edilir ki, işlərində diqqətli olmaqla baş verə biləcək neqativ halların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görsünlər.

“Socar”, “Azərişıq”, “Azərenerji”ASC-nin nümayəndələrinə tapşırılmışdır ki, onlara ayrılmış vakant yerlərə özbaşına işə qəbul edilməsi yol verilməzdir. Həmin yerlərə o şəxslər işə qəbul oluna bilər ki, rayon Məşğulluq Mərkəzinin göndərişi olsun.

Məşğulluq Mərkəzinin rəhbərliyidə göndərişi daha çox ehtiyacı olan şəxslərə verməlidir ki, onların sosial vəziyyətləri yaxşılaşsın.

Ölkə başçısının bu sahədə qarşıya qoyduğu vəzifə bunlardan ibarətdir.

Məsul şəxsləri bir daha xəbərdar edirəm ki, işlərini elə qursunlar ki, bu sahədə heç bir qanunsuzluqlara yol verilməsin.

İşlərin gedişi müntəzəm olaraq komissiyanın iclasında müzakirə edilməli, vəziyyətlə əlaqədar rayon ictimaiyyəti məlumatlandırılmalıdır.

Keçidlər