Sabirabad rayonunda əhalinin məşğulluğunun artırılması məqsədi ilə yeni müvəqqəti iş yerləri açılmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Salyan regional Qaz istismarı idarəsinin Sabirabad sahəsində, “Azərişıq” ASC Sabirabad elektrik şəbəkəsində, “Azərenerji” ASC-nin Şirvan regional Enerji təchizatının Sabirabad bölgəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə aşağıdakı yeni müvəqqəti iş yerləri açılmışdır:
- Salyan regional Qaz istismarı idarəsinin Sabirabad sahəsi üzrə - 75 nəfər
- “Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsi üzrə - 55 nəfər
- “Azərenerji” ASC-nin Şirvan regional Enerji təchizatının Sabirabad bölgəsi üzrə – 3 nəfər
Müvəqqəti iş yerlərinə işçi qəbulu rayon Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir.
Əlaqə telefon nömrəsi: 021-235-63-14,
E-mail: sabirabad_dmx@mispp.gov.az