Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Ulacalı kəndində səyyar qəbul keçirmişdir

09 aprel 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Ulacalı kəndində səyyar qəbul keçirmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna 8 dəfə səfər etmişdir. Dövlət başçısı tərəfindən rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar 25 Sərəncam imzalanmışdır. Sərəncamda nəzərdə tutulan tədbirlərin əksəriyyəti əhalinin sosial problemlərinin həllinə, rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Bunun nəticəsində rayonumuzda çox böyük layihələr həyata keçirilmişdir. Əhalinin sosial vəziyyətinin, həyat səviyyəsinin yüksəldilməsinin vacib istiqamətlərindən biri də insanların işlə təmin edilməsidir. Bununla bağlı Sabirabad rayonunda da böyük işlər görülmüşdür. Yeni iş yerlərinin yaradılması Azərbaycan Respublikası Prezidentinin atdığı ən ciddi sosial addımdır. Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, insanlarımızın  rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur.

Nazim İsmayılov eyni zamanda aqrar rayon kimi kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirmiş, növbəli əkin prinsipinin üstünlüklərindən danışmışdır.

Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinlərindən Amid Həsənov, Fəridə Əhmədova, Füzuli Qasımov və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, bir sıra idarələrin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

Keçidlər