Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralar kəndində səyyar qəbul keçirilmişdir

02 aprel 2019 | 16:00

Qaralar kəndində səyyar qəbul keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, 2016-cı il aprelin 2-də Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı minlərlə hektar ərazisi azad edildi. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşlərindəki qələbə dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə oldu. Daha sonra Nazim İsmayılov ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun davam etdirilən yeni sosial-iqtisadi inkişafdan danışmışdır. Son 15 ildə dövlət başçısının rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut edir ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. Bu ilin əvvəlindən başlayaraq sosial islahatların əhatə dairəsi daha da genişləndirilmişdir. Bu gün Azərbaycan vətəndaşı əmindir ki, aparılan islahatlar, atılan addımlar, qəbul edilən Dövlət Proqramları yalnız xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir. 

Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda  kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, həmçinin pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsindən də danışmışdır.

Kənd sakinlərindən Heydər Həşimov, Zeynalabdin Zeynalov, Nazim Abışov və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər