Şriftin ölçüsü :

Saytın rəngi :

Qalağayın kəndində səyyar qəbul keçirilmişdir

28 mart 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qalağayın kəndində səyyar qəbul keçirmişdir. Sakinlər qarşısında çıxış edən Nazim İsmayılov qeyd etmişdir ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını əhalinin rifah halını yüksəltmək təşkil edir. İndi bu iş daha geniş şəkildə davam etdirilir. Xüsusən, ötən illərdə dünyada höküm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial lahiyələr və iqtisadi islahatlar sürətlə davam etdirilir. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Hər il ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi sosialyönümlüdür. «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» ölkə başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı xalqın lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsidir. Sosial müavinətlərin, pensiyaların, təqaüdlərin, minimum əmək haqlarının və digər əhalinin rifahına müsbət təsir edən qərarların verilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Daha sonra kənd sakinlərindən fərdi təsərrüfatçı Güloğlan İslamov, Günel Ağayeva, Aydın Muradov və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

Keçidlər