Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda qadınlar bayramı qeyd edilmişdir

08 mart 2013 | 16:00

8 Mart-Beynəlxalq qadınlar günü münasibətilə Sabirabad rayonunda «Kür-Araz» şadlıq evində bayram tədbiri keçirilmişdir. Öncə qadınları bayram münasibətilə təbrik edən  rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xüsusi vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən və Azərbaycvan Rekspublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal möve tuturlar. İndi qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilalarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi lahiyələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadının qələbəsidir.
Bayram şənliyi boyu Azərbaycana, Ulu öndər Heydər Əliyevə, Analarımıza, Vətənimizin hüsnünə vəsf edilmiş şerlər və mahnılar səslənmişdir.
Tədbirdə çıxış edən Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, YAP rayon təşkilatının sədri Nadir Quliyev, Tələbə Prezident təqüdçüsü Bənövşə İbişova, Əhmədabad kənd ümumi orta məktəbin direktoru Nəsibə Bağırova, şair Ərzuman Babaşov  və başqaları dövlət qayğısından razılıq etmiş, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Fondunuen prezidenti Mehriban xanım Əliyevaya təbrik teleqramı qəbul etmişlər.

Keçidlər