Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

16 mart 2019 | 16:00

Sabirabad şəhərində Ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Novruz şənliyi keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar şənliyə qatılmışlar.

Əvvəlcə sərgiyə baxış keçirilmiş, pəhləvanların, idmançıların nümunəvi çıxışları olmuşdur. Tədbir açıq elan olunduqdan sonra Nazim İsmayılov alqış sədaları altında bayram tonqalını yandırmışdır. O bütün sabirabadlıları, eləcə də tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş arzularını çatdırmış, ötən müddət ərzində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən danışmışdır. İcra başçısı çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə sabirabadlılar adından təbrik etmiş, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.

Bədii hissədə incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər