Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda gənclərlə görüş keçirilmişdir

15 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rayonumuzun fəal gəncləri ilə görüşmüşlər.

Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Sabirabad rayonunun ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılmışdır. Bildirilmişdir ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin problem və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərində yardımçı olmaqdır.

Müzakirə formasında davam edən görüşdə gənclərin təklifləri dinlənilmişdir. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlamış, bəzi təkliflərlə çıxış etmişlər.

Yaxın gələcəkdə Sabirabad rayon Gənclər Mərkəzinin fəaliyyəti çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə razılıq əldə olunmuşdur. Eyni zamanda Gənclər Mərkəzinin işində fəallığın, təşəbbüskarlığın artırılması, bu istiqamətdə işlərin gücləndirilməsi nəzərdə tutulmuşdur.

Görüşün sonunda qonaqlar rayonumuzdakı Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olmuşlar.

Keçidlər