Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan polisinin məcburi köçkünlərə bayram sovqatı

15 mart 2019 | 16:00

Novruz bayramı ərəfəsində Daxili İşlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və nazirliyin bir qrup əməkdaşı rayonumuzun Güdəcühür məcburi köçkün qəsəbəsində məcburi köçkünlərlə görüşmüşlər. Qonaqlar hörmət və ehtiramla qarşılanmışlar. Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev məcburi köçkünlərə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun bayram təbriklərini çatdırmış, Novruz bayramı münasibətilə onları təbrik etmişdir.

Nazir müavini bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. O, eyni zamanda bu sahədə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov öz çıxışında qeyd etmişdir ki, qaçqın və köçkünlərə diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu sosial kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İcra başçısı sonda məcburi köçkünlərə bayram təbriklərini və xoş arzularını çatdırmışdır.

Füzuli rayonundan məcburi köçkün İslam Quliyev, Cəbrayıl rayonundan məcburi köçkünü Arif Əliyev çıxış edərək bildirmişlər ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət sayəsində biz doğma yurd-yuvamıza qayıdacağıq. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Ölkə Prezidenti cənab İlham Əliyevə məcburi köçkünlər adından təbrik ünvanlanmışdır.

Daxili İşlər Nazirliyi əməkdaşlarının könüllülük prinsipi əsasında əmək haqlarından topladıqları 40 min manat pul vəsaiti məcburi köçkün soydaşlarımıza verilmişdir.

Keçidlər