Əliləmbəyli kəndində səyyar qəbul keçirilmişdir
Əliləmbəyli kəndində səyyar qəbul keçirilmişdir. Qəbulda yerli sakinlər qarşısında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, 2019-cu ildən başlayan yeni islahatların əsas hədəfi Azərbaycanı müasir, daha da inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə həll etmək, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son vaxtlar imzaladığı fərman və sərəncamlar bir daha göstərir ki, dövlət başçısı sosial məsələlərə xüsusi diqqətlə yanaşır. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» ölkə başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı ailələr, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı son dövrdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də danışmışdır. Xüsusilə qeyd edilmişdir ki, rayonumuzda pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur.
Kənd sakinlərindən Səmayə Səmədova, Güləli Bəhriyev və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.