Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Xocalı soyqrımının ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir

27 fevral 2013 | 16:00


Xocalı soyqrımının 21-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunda anma mərasimi keçirilmişdir.
Tədbirdə rayonda məskunlaşan xocalılar, ziyalılar və gənclər iştirak etmişlər.
Əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ereməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş  soyqrımı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, azərbaycanlılara qarşı planlı şəkildə  və davamlı olaraq soyqrımı həyata keçirən ermənilərin Xocalı şəhərində qətlə yetirdikləri, girov götürdükləri sakinlər arasında çoxlu sayda uşaqlar, qadınlar və qocalar olmuşdur.
Natiq Xocalıda törədilmiş qırğının  beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqrımı olduğunu  bildirmiş, artıq bir neçə ölkənin və bəzi beynəlxalq təşkilatların  Xocalı soyqrımını tanıdıqlarını  vurğulamışdır.
Xocalı soyqrımına məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini bildirən N. İsmayılov, ayrı-ayrı ölkələrdə  bu faciyəyə həsr edilmiş tədbirlərin keçirilməsinin dünya içtimaiyyətinin qanlı cinayət barədə  daha çox məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə artıq mühüm addımlar atılır.
İcra başçısı Xocalı faciəsi ilə bağlı Heydər Əliyev fondunun prezidenti  Mehriban xanım Əliyevanın və  Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan işlərdən, keçirilən tədbirlərdən, nəşr olunan kitablardan, broşürlərdən geniş bəhs etmişdir.
Mərasimdə Xocalı sakinləri “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbov, Məxbulə Məmmədova, Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov, Cəfər Sadiq və başqaları çıxış edərək ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.
Sonda rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

Keçidlər