Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun fermerləri Bakı şəhərində keçirilən yarmarkada iştirak etmişlər

10 mart 2019 | 06:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində Novruz bayramı yarmarkaları təşkil olunmuşdur. Yarmarkaların keçirilməsində əsas məqsəd əhalini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Bu dövlət başçısının xalqımızın rifahı üçün atdığı növbəti addımdır.

Bakı şəhəri, Nizami rayonunda təşkil edilmiş yarmarkada Sabirabad rayonunun fermerləri də iştirak etmişlər. Yarmarkaya müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərdən razı qalmışlar.

Keçidlər