Şriftin ölçüsü :

Saytın rəngi :

Axısxa kəndində səyyar qəbul keçirilmişdir

05 mart 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Axısxa kənd mədəniyyət evində səyyar qəbul keçirmişdir.

Qəbulda iştirak edən yerli sakinlərə müraciətində Nazim İsmayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman insanların arasında olduğundan onların problemlərini yaxşı bilir və daim diqqət mərkəzində saxlayır. 2019-cu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ ötən il çıxışlarında bir neçə dəfə bəyan etmişdir. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bir-birinin ardınca imzalanan fərman və sərəncamlar aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılanmışdır. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» ölkə başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Sosial cəhətdən qayğıya ehtiyacı olanların qarşılaşdığı problemlərin aradan qaldırılması, xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet sahələrini təşkil edir. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondunun da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

Rayon İcra Hakimiyyətinin başçısı daha sonra kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən danışmışdır. Xüsusilə qeyd edilmişdir ki, ölkəmizdə pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərində böyük maraq doğurmuş, torpaq mülkiyyətçilərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur.

Kənd sakinlərindən Cahan Tağıyeva və Şirvani Ələkbərov müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər