Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın növbəti iclası keçirilmişdir

02 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlarla əlaqədar idarə-müəssisə rəhbərlərinin, ictimaiyyətin və mətbuat nümayəndələrinin iştirakı ilə rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclası keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman insanların arasında olduğundan onların problemlərini yaxşı bilir və daim diqqət mərkəzində saxlayır. 2019-cu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ ötən il çıxışlarında bir neçə dəfə bəyan etmişdir. Yeni il də dövlət başçısının verdiyi bəyanatlara uyğun bir şəkildə başladı. Bir-birinin ardınca qəbul edilən qərarlar insanlarda öz dövlətinə və Prezidentinə daha da inamı artırdı. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılanmışdır. Dövlət başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirən insanlar belə tədbirlərin davamlı olacağını əminliklə ifadə edirlər. Dövlət başçısının göstərişi ilə son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə möhtərəm Prezidentimizin «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Sosial cəhətdən qayğıya ehtiyacı olanların, aztəminatlı ailələrin, şəhid ailələrinin, əlillərin və məcburi köçkünlərin qarşılaşdığı problemlərin aradan qaldırılması, xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondunun da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi müdirinin müavini Şirin Həsənov, rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Füzuli Paşayev, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli «Əmək» ordenli Fatma Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri Böyükağa Həmidov çıxış edərək göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

Keçidlər