Güdəcühür kəndində səyyar qəbul keçirilmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Güdəcühür kəndində səyyar qəbul keçirmişdir. Kənd Mədəniyyət evində təşkil edilmiş qəbulda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək ölkəmizdə və rayonumuzda aparılmış quruculuq işlərindən danışmış, aqrar sahədə həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Qəbulda RİHB-nin Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oktay Babayev və Güdəcühür bələdiyyəsinin sədri Mirməhəmməd Əsgərovun məlumatları dinlənilmişdir.
Kənd sakinlərindən Müstəcəb Salmanov, Allahverdi Allahverdiyev, Qismət Əliyev, Xanbəyim Abdullayeva və başqaları nöqsan və çatışmazlıqlardan danışmışlar.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaldırılan məsələlər barədə aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışaraq tədbirə yekun vurmuşdur.