Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş

31 mart 2013 | 16:00

Martın 30-da Heydər Əliyev adına Mədəniyyət Sarayında Yeni Azərbaycan Partyiyasının sədrinin birinci müavini, icra katibi Əli Əhmədovun rayon fəalları ilə görüşü keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı və banisi Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək qoymuşlar.
Görüşü giriş sözü ilə YAP rayon təşkilatının sədri Nadir Quliyev açaraq tədbirin məqsəd və məramından danışmışdır. Qeyd etmişdir ki, bu il Azərbaycan xalqı üçün əlamətdar bir ildir. Xalqımız Prezident seçkilərinə hazırlaşır. Seçkilərə hazırlıq işlərinə başlanılmışdır. Gündən-günə sıralarını genişləndirən, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası seçkilərin şəffaf, ədalətli, mütəşəkkil keçirilməsi üçün bütün səyini əsirgəmiyəcəkdir.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə iqtisadi yüksəlişi görməmək mümkün deyil. Həyata keçirilən dəyişikliklər insan rifahının yaxşılaşmasına yönəlib. Daha doğrusu, insan amili inkişafımızin əsas hədəfidir. Insanların həyat səviyyəsi xeyli yaxşılaşıb, regionların siması xeyli dəyişib. Hazırda Azərbaycan dünyada yüksək inkişaf edən dövlətlərin sırasındadır. Bütün bu uğurların təminatçısı isə hörmətli Prezidentimiz cənab İlham Əliyevdir. Biz növbəti 5 ildə də uğurlarımızı, inkişafımızı davam etdirmək istəyiriksə, yeganə liderimizi dəstəkləməliyik.
Görüşdə şəhid atası Ziyadxan Gözəlov, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova, gənclər adından 5 saylı N.Gəncəvi adına şəhər tam orta məktəbin müəlliməsi Elvina Rəsulova, Əsgərbəyli kənd ağsaqqalı Məmmədağa Şirinov, rayon Ziyalılar Cəmiyyətinin sədri, YAP rayon təşkilatı idarə heyətinin üzvü Böyükağa Həmidov çıxış edərək ölkə Prezidentinin  apardığı uğurlu siyasəti dəstəklədiklərini bildirmiş, onların yeganə namizədlərinin İlham Əliyev olduğunu dönə-dönə vurğulamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycanın inkişafı göz qabağındadır. Bu uğurların zirvəsində müstəsna xidmətləri olan cənab İlham Əliyev dayanir. Biz fəxr edirik ki, belə liderimiz var.
Tədbirdə Milli Məclisin üzvü Rüstəm Xəlilov iştirak etmişdir.

Keçidlər