Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Xocalı soyqrımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

26 fevral 2019 | 16:00

Xocalı soyqrımının 27-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunda anım mərasimi keçirilmişdir.

Tədbirdə rayonda məskunlaşan xocalılar, ictimaiyyətin və xidmət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Mərasimdə əvvəl məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmiş və Xocalı soyqrımına həsr olunmuş rəsm sərgisinə baxılmışdır.

Əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov erməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş  soyqrım haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, azərbaycanlılara qarşı planlı şəkildə və davamlı olaraq soyqrımı həyata keçirən ermənilərin Xocalı şəhərində qətlə yetirdikləri, girov götürdükləri sakinlər arasında çoxlu sayda uşaqlar, qadınlar və qocalar olmuşdur.

Natiq Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqrım olduğunu bildirmiş, artıq onlarca ölkənin və bəzi beynəlxalq təşkilatların Xocalı soyqrımını tanıdıqlarını vurğulamışdır.

Xocalı soyqrımına məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini bildirən N.İsmayılov, ayrı-ayrı ölkələrdə bu faciyəyə həsr edilmiş tədbirlərin keçirilməsinin dünya içtimaiyyətinin qanlı cinayət barədə daha çox məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsiz davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə artıq mühüm addımlar atılır.

İcra başçısı Xocalı faciəsi ilə bağlı Azərbaycanın Birinci Vitse-prezideti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın və Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan işlərdən, keçirilən tədbirlərdən, nəşr olunan kitablardan, broşürlərdən geniş bəhs etmişdir.

Mərasimdə Xocalı sakinləri “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbov, Nərgiz Cabbarova və başqaları çıxış edərək ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.

Sonda rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

Keçidlər