Gənclər Mərkəzində “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilmişdir
21 fevral 2019 | 16:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qeyd etmişdir ki, belə maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə ictimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini biliklərə yiyələnmələri olduqca vacibdir.