Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 2 fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirilmişdir

31 yanvar 2019 | 16:00

Sabirabad rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirilmişdir.

Dövlət Himni səslənmiş, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev məruzə ilə çıxış etmişdir.

Gənclərdən Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Lalə Musayeva, Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin Tələbə Gənclər təşkilatının sədri Toğrul Kərimli çıxış etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov gənclər qarşısında çıxış edərək onlara göstərilən dövlət qayğısından danışmış, etimadı layiqincə doğrultmağa, bütöv və müstəqil Azərbaycan naminə bütün imkanları səfərbər etməyə, Vətənin inkişafı üçün səylə çalışmağa, öz yorulmaz fəaliyyətində onlara arxalanan Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini daim dəstəkləməyə çağırmışdır.

Sonda bir qrup gənc Sabirabad rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, rayon Gənclər və idman idarəsinin diplomları ilə təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.

Keçidlər