Sabirabadda “Vətənpərvərliyin təbliği - dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilmişdir
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabad rayon Gənclər Mərkəzində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Anar Əliyev, Elvin İbrahimov, Atakişi Məhərrəmli, DQİDK-nin İmişli bölgəsi üzrə şöbənin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirzağa Hümbətov, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Rayon Qarabağ Müharibəsi Veteranları Birliyinin sədri Faiq Hüseynov, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak etmişlər.
Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icmasının sədri Zakir Əliyev tədbiri giriş sözü ilə açaraq gənclərin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduqlarından danışmış, bölgələrdə bu mövzuda keçirilən maarifləndirici tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
DQİDK-nin əməkdaşı Anar Əliyev öz çıxışında Azərbaycanda dövlət-din münasibətlərindən, mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təminatı sahəsində görülən işlərdən, multikulturalizm və tolerantlıqdan, dini radikalizmin mahiyyətindən bəhs etmiş, dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırmışdır.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbənin müdiri Cavanşir Bəhrəmov dini radikalizm anlayışı, dini radikalların insanları öz sıralarına cəlbetmə üsulları, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsi, onların radikal təsirlərdən qorumağın yolları haqqında ətraflı məlumat vermişdir.
Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və rayon Qarabağ Müharibəsi Veteranları Birliyinin sədri Faiq Hüseynov öz çıxışlarlarında vətənpərvərlik ruhunda aparılan tərbiyə işinin, dini maaifləndirmə tədbirlərinin əhəmiyyətindən danışmışlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılmış və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanmışdır.