Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda həqiqi hərbi xidmətə növbəti çağırış başlanmışdır

03 yanvar 2019 | 16:00

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə bu il yanvarın 1-dən ölkəmizdə həqiqi hərbi xidmətə növbəti çağırış başlanmışdır. Yanvarın 3-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsində təntənəli yolasalma mərasimi keçirilmişdir. Çağırışçı gənclər, onların valideynləri, qohumları, dostları buraya toplaşmışdılar.

Mərasim iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev çıxış edərək, ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrdən danışmş, gənclərə Vətənə layiqincə qulluq göstərmələrini, rayonun adını uca tutmalarını, hərbi biliklərə dərindən yiyələnmələrini, komandirlərinin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə etmiş, onlara uğurlu yol arzulamışdır.

Millət vəkili Elçin Quliyev, rayon Ağsaqqallar Şurasınn sədri Böyükağa Həmidov, YAP rayon təşkilatının sədri Məleykə Ağayeva, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, hərbi xidmətdən qayıtmış İsa Məmmədov, valideyn İlqar Quliyev, çağırışçı İslam Qurbanov çıxış edərək orduda xidmət etməyin şərəfli iş olduğunu bildirmiş, xoş arzularını çatdırmışlar.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Gənclər üçrəngli milli bayrağımızı öpüb, musiqi sədaları altında hərbi xidmətə yollanmışlar.

Keçidlər