Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin məcburi köçkünlərə bayram sovqatı

29 dekabr 2018 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı rayonumuzun Şəhriyar kəndi ərazisində salınmış qəsəbədə məcburi köçkünlərlə görüşmüşdür.

Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev məcburi köçkünlərə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun bayram təbriklərini çatdırmış, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə onları təbrik etmişdir. Çıxışına davam edən nazir müavini dövlətimizin başçısı cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmasından danışmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxışında bildirmişdir ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazim İsmayılov da məcburi köçkünlərə bayram təbriklərini və xoş arzularını çatdırmışdır.

Qəsəbədə yaşayan məcburi köçkünlər dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti tam bəyəndiklərini və müdafiə etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildirmişlər.

Sonra bayram sovqatları qaçqın və məcburi köçkünlərə təqdim olunmuşdur.

Keçidlər