Şriftin ölçüsü :

Saytın rəngi :

Qəzli kəndində əhali ilə səyyar görüş keçirilmişdir

18 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov dekabrın 18-də Qəzli kənd tam orta məktəbində əhali ilə görüş keçirmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak etmişlər.

Kənd əhalisi qarşısında çıxış edən Nazim İsmayılov ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı abadlıq və quruculuq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir.

RİHB-nın Quruzma kənd inzaibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin məlumatı dinlənilmişdir. Kənd sakinləri tədbirdə çıxış edərək xahiş və təkliflərini bildirmişlər.

Keçidlər