Şriftin ölçüsü :

Saytın rəngi :

Kürkəndi kəndində əhali ilə səyyar görüş keçirilmişdir

13 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov dekabrın 13-də Kürkəndi kənd mədəniyyət evində əhali ilə görüş keçirmişdir. Kənd əhalisi qarşısında çıxış edən Nazim İsmayılov kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərində böyük maraq doğurmuş, torpaq mülkiyyətçilərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur. Görüşdə RİHB-nin Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfəli Musayevin məlumatı dinlənilmişdir. Daha sonra kənd sakinlərindən fərdi təsərrüfatçı Xudaverdi Kərimli, Ağamusa Zülfüqarov, İxtiyar Mehdiyev müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

Keçidlər