Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadlı ağsaqqallar ölkə başçısına minnətdarlıq etdilər

09 fevral 2013 | 16:00

Ulu öndərimiz Heydər Əliyev ağsaqqalları milli mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Lakin ötən əsrin 90-93-cü illərində ölkəmizdə yaşlı nəslə münasibət kökündən dəyişmiş, iş o yerə gəlib çatmışdı ki, Böyük Vətən Mühairbəsi veteranlarını düşmən dövlətin vətəndaşı adlandırır, hətta Qələbə gününün keçirilməsini qadağan belə etmişdilər.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi, ağsaqqallara bəslənən ögey münasibətə də son qoydu. Böyük öndərin başladığı taleyüklü işləri qətiyyətlə həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də ağsaqqallara daim böyük hörmətlə yanaşır, onların ictimai həyatda fəallığını təmin edir, yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Bütün bunlardan, ölkə başçısının ağsaqqallara xüsusi diqqət və qayğısının yerlərdə daha aydın hiss olunmasından fevralın 8-də Sabirabad rayon Ağsaqqallar Şurasının VII konfransında ətraflı danışıldı. Rayonun 74 kəndindən 206 nəfər nüfuzlu ağsaqqalın qatıldığı konfransı rayon Ağsaqqallar Şurasının sədrı Şərif Məmmədbəyov açmış və geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi və çıxış edən ağsaqqallar Zülfəli Əliyev, Hacı Rəsul Mövsümov, Yolçu Yolçuyev,  Dünyamalı Fərəcov, Bəymirzə İbrahimov, İsa Abdullayev, Məmmədağa Şirinov ölkə Prezidenti cənab İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə uğurlu fəaliyyətindən ürək dolusu danışdılar. Azərbaycanın süni peykinin buraxılmasını bir əfsanə adlandırdılar. 2010-cu ilin yazında bölgədə baş vermiş təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılmasında dövlət başçısının fədakarlığından bəhs etdilər. Ziyan çəkmiş evlərin yerində möhkəm özüllü daşdan evlər tikilib, qəsəbələr salınıb, məktəblər, tibb ocaqları inşa edilib, əsaslı şəkildə təmir olunub, əhaliyə kompensasiya ödənilib,-dedilər.
Rayon ziyalılar cəmiyyətinin sədrı Hacı Böyükağa Həmidov: “Elə buna görə insanlarımızın duaları Sizinlədir, Əziz Prezidentimiz. Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq. Sevinirik ki, dövlətimizin Sizin kimi insanpərvər, xalqının qeydinə qalan qüdrətli Prezidenti vardır”.
İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov konfransda çıxış edərək Azərbaycan Prezıdenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin böyük  uğurlarından, dövlət başçısının Sabirabad rayonuna göstərdiyi davamlı diqqət və qayğısından iftixarla söhbət açdı.  İcra başçısı rayonda aparılan abadlıq və quruculuq işləri barədə də ağsaqqalları geniş məlumatlandırdı. Bu gün Sabirabad əsl tikinti meydançasını xatırladır. Kür çayı üzərindən körpü salınıb, uzun illər şəhər sakinləri üçün əsl problem yaradan “Axmaz” durğun su hövzəsinin qurudulmasına başlanılıb. Əhalinin təbii qazla təchizatında böyük irəliləyişlərə nail olunub. Son 2 ildə 9 kəndə mavi qaz verilib, daha 17 kəndin də qazlaşdırılması işləri sürətlə aparılır.  Yaxın vaxtlarda əlavə  15 kəndin qazlaşdırılmasına  başlanacaq. Rayon üzrə elektrik təssərrüfatı,  icməlı su və kanalizasiya sistemi də yenidən qurulur. Hacıqabul-Sabirabad-Horadiz magistral avtomobil yolunun rayonumuzdan keçən hissəsinin əsaslı təmiri başa çatdırılmaq üzrədir. Heydər Əliyev prospekti boyunca 10 çoxmərtəbəli yaşayış binasının və istinad divarlarının milli memarlıq üslübunda əsaslı təmir edilməsi, müasir işıqlandırma sisteminin qurulması şəhərə xüsusi gözəllik verir. Şəhərin baş meydanı yenidən inşa olunur, ətrafda YAP və Maliyyə idarəsi üçün inzibati binalar tikilir. M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbi üçün 1200 şagird yerlik məktəb, rayon əhalisi üçün 205 çarpayılıq müasir xəstəxana binası inşa olunur. Heydər parkı da müsir tələblər səviyyəsində təmir edilir. Natiq bütün bunlara görə Prezidentə dönə-dönə minnətdarlığını bildirdi.
Ağsaqqallar çıxışlarında bir narahatçılıqlarını da ifadə etdilər. Son vaxtlar bəzi pozucu qüvvələrin bəd hərəkətləri bizi də hiddətləndirib Ölkəmizdə daxili stabilliyi pozmağa, xaos yaratmağa, respublikada günbəgün artan inkişaf prosesinə mane olmağa cəhd göstərənləri özümüzdən hesab etmirik. Biz hər agrı-acını görmüş adamlarıq, bir daha yol vermərik ki, əmin-amanlığımız pozulsun,-dedilər. Əkrəm Əylislinin yaramazlığına da kəskin münasibət bildirdiıər. Əkrəmə nifrətimiz böyükdür. Xalq yazıçısı adını daşayan bir adam bəşəri ideyaların önündə getmək əvəzinə xalqımıza şər atır, minlərlə şəhidin ruhunu tapdalayır. Belə riyakarın xalq yazıçısı adındam və prezident təqaüdündən məhrum edilməsi barədə ölkə rəhbərinin sərəncamını alqışlayırıq. Allah İlham Əliyevi millətimizə çox görməsin. Qarşıdakı prezident seçkilərində də bizim gücünə, bacarığına bələd olduğumuz yeganə namizədimiz  odur.
Konfransda təşkilatı məsələlərə baxıldı və respublika Ağsaqqallar şurasının VI Qurultayına nümayəndələr seçildi.
Axırda konfrans iştirakçıları ölkə Prezidenti İlham Əliyevə yekdilliklə müraciət qəbul etdilər.

Keçidlər