Sabirabad rayonunda qanvermə aksiyası keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-də rayonumuzda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində əvvəlcədən hazırlıq işləri görülmüş, qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.
Həmin gün səhər saat 9-dan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bir qrup əməkdaşı qanvermə aksiyasını həyata keçirmişdir. İdarə, müəssisə və təşkilatların kollektivləri bu aksiyada könüllü surətdə iştirak etmişlər.
Mərkəzi Qan Bankının şöbə müdiri Gülarə Abbasova bildirmişdir ki, qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədi ilə keçirilir.