Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimankənd kəndində əhali ilə səyyar görüş keçirilmişdir

27 noyabr 2018 | 16:00

Noyabrın 27-də Nərimankənd kəndində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Nazim İsmayılov açaraq ölkəmizdə, həmçinin rayonumuzda görülmüş quruculuq işlərindən danışmışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə aqrar sahənin, xüsusilə pambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə ölkəmizdə və rayonumuzda bir sıra tədbirlər görülmüş, yüksək göstəricilər əldə edilmişdir. Lakin pambıqçılıqda zəif nəticələr də olmuşdur. Qaratəpə kənd inzibati ərazi dairəsində  Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, I dərəcəli «Əmək» ordenli Fatma Hüseynova ötən il hər hektardan 55 sentner pambıq götürsə də nümayəndəlik üzrə bu göstərici 18,2 sentner olmuşdur. Bu il 640 hektar sahədə pambıq əkilib becərilmişdir. İndi əsas məqsəd yetişdirilmiş məhsulu son qozasınadək yığmaqdan ibarət olmalıdır. Bunun üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir.

RİHB-nin Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Həsənovun məlumatı dinlənilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı aqrar sahənin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi və kənd sakinlərinin müraciətləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər