Sabirabadda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illik yubleyi keçirilmişdir
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illik yubleyi münasibətilə noyabrın 21-də YAP rayon təşkilatının inzibati binasında tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərimizi mərkəzindəki abidəsi önünə gələrək Ümummilli liderə məhəbbət və ehtiramlarını bildirmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Məleykə Ağayeva tədbiri açıq elan etdikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Partiya veteranı Salamulla Abdullayev, Ağsaqqallar şurasının sədri Böyükağa Həmidov, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Balvar kənd tam orta məktəbinin müəllimi Nurlana Xəlilova tədbirdə çıxış etmişlər.
YAP siyasi şurasının üzvü, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, ötən əsrin 90-cı illərinin əvəllərində, yəni müstəqilliyimizin ilk illərində hakimiyyətdə səriştəsiz rəhbərlər olduğundan torpaqlarımızın bir hissəsi işğal olundu, vəziyyət vətəndaş müharibəsi həddinə gəlib çatdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə çətin vaxtda Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. Hazırda Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının rifahı, ölkəmizin inkişafı naminə ən böyük siyasi qüvvəyə çevrilmişdir. Yarandığı ildən bəri bu partiya Azərbaycanda milli dövlətçilik ənənələrinin inkişafında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz faydasını vermişdir. Ötən illər ərzində Azərbaycanda dövlət quruculuğu sahəsində çox mühüm işlər görülmüşdür. Yeni Azərbaycan Partiyasının sədri – Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gələcəyə doğru inamla addəmlayır.
Sonda bir qrup YAP fəalları mükafatlandırılmışdır.