Gənclər siyasəti yeni mərhələdə
Sabirabad şəhər Mədəniyyət evində Gənclər Günü münüsibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev geniş məruzə ilə çıxış edərək müstəqil Azərbaycan gənclərinin 1996-cı il fevralın 2-də keçirilmiş I Formu gənclərin həyatında əlamətdar hadisə olub. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı sərənsamla Gənclərin I Formunun keçirildiyi tarix-2 fevral Azərbaycan Gəncləri günü elan olundu. Dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilir. Sabirabad Dövlət Sosial-iqtisadi kollecin tələbəsi Zaur Mikayilov, “Hünər” Vətənpərvərlik klubunun fəalı Murad Həsənli, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov və başqaları çıxış edərək bildirdilər ki, bu gün respublikamızda gənclərə göstərilən diqqət və qayğı aparılan məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək 2 Fevral-Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, gənclərə xoş arzularını çatdırdı. Bildirdi ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. “Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşünciyə, dövlətçilik məfkurəsinə və yüksək ideyalara malık gənclər formalaşır” deyən N.İsmayılov ölkə Prezidentinin “2011-ci il 7 iyul tarixli Sərəcamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”da gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiq edir.
Tədbirdə bir qrup fəal gəncə hədiyyələr və Fəxri fərmanlar təqdim edildi.
Axirda geniş bayram konserti keçirildi.