Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində məktəblilər yola salınıb

14 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən  tur - aksiyanın  növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıblar. Qrupa daxil olan şagirdlər nümunavi davranışa malik, dərs əlaçıları, Respublika Olimpiya qalibləri, idmanda naliyyətləri və qeyri-adi bacarığı olmaqla seçilmişlər. Onlara Sabirabadın loqosunu əks etdirən üst geyimləri və bayraqlar verilmişdir. Yeniyetmələr üç gün ərzində  bu bölgələrin tarixi və mədəni  abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirakı ilə keçirilən yola salma mərasimində Sabirabad rayon icra hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirdi ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.Yolasalma mərasimindən əvvəl tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olmuş, Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Daha sonra Gənclər Mərkəzinin həyətində ağac əkmiş və Mərkəzin qarşısından yola salınmışlar.

Keçidlər