Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Nəsimi kəndində sakinlərin növbəti səyyar qəbulu keçirilmişdir.

13 noyabr 2018 | 16:00

Qəbulda Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, idarə müəssisə və təşkilatların xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Natiq bildirib ki, Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır. Bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amili Sabirabad rayonundada ön plandadır.

Kənd sakinlərini dinləyən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir. Sonda kənd sakinləri hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər