Zəngənə kəndində səyyar qəbul keçirilmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov əhali ilə növbəti görüşünü Zəngənə kənd sakinləri ilə keçirmişdir.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə məşğul olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Nazim İsmayılov tədbirdə çıxış edərək ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı abadlıq və quruculuq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Qeyd etmişdir ki, aqrar sahədə, xüsusilə pambıqçılıq sahəsində bir sıra tədbirlər görülsə də nöqsanlar da mövcuddur. Yüksək məhsul istehsal etmək üçün bütün qüvvələr səfərbərliyə alınmalı, pambıq son qozasınadək yığılıb tədarük edilməlidir.
Kənd sakinləri tədbirdə çıxış edərək təklif və mülahizələrini bildirmiş, fikir mübadiləsi etmişlər.
İcra başçısı tədbiri yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış, qəbulda qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə konkret tapşırıqlarını vermişdir