Şriftin ölçüsü :

Saytın rəngi :

Muğan Gəncəli kəndində səyyar qəbul keçirilmişdir

16 oktyabr 2018 | 16:00

 

Rayon İcra Hakimiyyəti başçısının ictimaiyyətlə sıx iş birliyi qurması praktikası mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlər zamanı əhali ilə əsasən onları narahat edən məsələlər barədə açıq söhbətlər aparılır. Çətinliklərdən, mövcud problemlərin həlli yollarından danışılır, habelə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilir. Bu baxımdan oktyabrın 16-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun Muğan Gəncəli kəndində əhali ilə görüşü də işgüzar və səmərəli keçmişdir.

Tədbirdə Prezident Administrasiyasının məsul nümayəndəsi Əlibaba Əliyev, RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli idarələrinin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkəmizdə, həmçinin rayonumuzda görülmüş quruculuq işlərindən danışmışdır. Qeyd etmişdir ki, uzun illər xəyallarda gəzən 26 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini əhatə edən 43 km uzunluğunda Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan avtomobil yolunun tikintisinə cənab Prezidentimiz İlham Əliyevin rayona səfəri zamanı verdiyi tapşırığa əsasən başlanılmış, bu iş uğurla davam etdirilir.  Sabirabad və Salyan qış otlaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılması layihəsinin başa çatdırılmısı rayon üzrə 14 min hektardan çox əlavə məhsuldar torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılmasına imkan yaradacaqdır. Bu sonsuz diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün sakinlər adından hədsiz minnətdarlığımızı bildiririk.

Nazim İsmayılov eyni zamanda  aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən də bəhs etmişdir. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə aqrar sahənin, xüsusilə pambıqçılığın inkişaf etdirilməsinə önəm verir. Bu sahədə uğurlar əldə edilsə də nöqsanlar da vardır. Keçən ilin nəticələrini təhlil edərək buraxılmış nöqsanların təkrarlanmaması üçün hər kəs məsuliyyətlə çalışmalıdır. Pambığın son qozasınadək yığılıb təhvil verilməsi üçün imkanlardan maksimum səmərəli istifadə edilməlidir.

RİHB-nin Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Həsənovun məlumatı dinlənilmişdir.

İcra başçısı tədbiri yekunlaşdıraraq rayonun əlaqədar təşkilatları rəhbərlərı və ərazi nümayəndəlikləri qarşısında duran vəzifələrdən danışmış, kənd sakinlərinin müraciətləri ilə bağlı konkret tapşırıqlar vermişdir.

Keçidlər