Sabirabadda Azərbaycan gənclərinin VIII Forumunun zona toplantısı keçirilmişdir
Oktyabrın 15-də rayon Mədəniyyət Mərkəzində «Cümhuriyyətin varisləri-Azərbaycanın gələcəyi» mövzusunda Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aran iqtisadi rayonuna daxil olan rayon gənclərinin iştirak etdikləri Forumda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə şöbəsinin müdiri İndira Hacıyeva, Milli Məclisin üzvü Elçin Quliyev çıxış edərək toplantı iştirakçılarını salamlamışlar.
Çıxışlar bitdikdən sonra zona toplantısına dəvət olunmuş dövlət qurumları ekspertlərinin iştirakı ilə müzakirələrə başlanılmışdır. Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyeva, İqtisadiyyat Nazirliyinin Aran Regional İdarəsinin rəisi Elbrus Babayev, Təhsil Nazirliyi adından Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahangir Əlizadə tədbirdə çıxış etmişlər.
Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyeva fondun fəaliyyəti və yeniliklər barədə toplantı iştirakçılarına geniş məlumat vermişdir.
Toplantı iştirakçılarını maraqlandıran suallara cavab verilmiş, fikir mübadiləsi aprılmışdır.
Tədbirdə zonaya daxil olan rayon və şəhərlərdən Azərbaycan gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilmişdir.
Sonda xatirə şəkili çəkdirilmişdir.