Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Həşimxanlı kəndində səyyar qəbul keçirilmişdir

09 oktyabr 2018 | 16:00

Oktyabrın 9-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Bala Həşimxanlı kənd orta məktəbində Bala Həşimxanlı kənd sakinləri ilə görüş keçirmişdir.

Rayon rəhbəri Nazim İsmayılov ölkəmizdə, rayonumuzda görülmüş quruculuq işlərindən, o cümlədən Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 km olan «H»  kanalının tikintisi yekunlaşmaq üzrədir. Layihənin tam başa çatdırılması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılması imkanı yaradacaqdır. Həmçinin icra başçısı Nazim İsmayılov vurğulamışdır ki, ölkəmizdə və rayonumuzda aqrar sahənin inkişafı sahəsində bir sıra işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir.

Tədbirdə RİHB-nin Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Daşqın İbrahimovun və bələdiyyə sədri Dədəkişi Dövlətovun məlumatları dinlənilmişdir.

Tədbirdə kənd sakinlərindən Nahid Hüseynov, Qəhrəman Hümbətov, Mübariz Əliyev və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.

Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış, aidiyyati qurum rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər