Şriftin ölçüsü :

Saytın rəngi :

Zalqaraağac kəndində səyyar qəbul keçirilmişdir

02 oktyabr 2018 | 16:00

Oktyabrın 2-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Zalqaraağac kəndində kənd sakinləri ilə görüş keçirmişdir.

İcra başçısı Nazim İsmayılov ölkəmizdə və rayonumuzda aqrar sahədə, xüsusilə pambıqçılıqda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin olunması deməkdir. Pambıqçılıq olduqca gəlirli sahədir. Pambıq yığımının sürətini artırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalı, məhsul son qozasınadək yığılmalıdır.

RİHB-nin Çöl Beşdəli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Qalib İbrahimovun və bələdiyyə sədri Qabil Məmmədovun məlumatları dinlənilmişdir.

Tədbirdə həmçinin Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov Çöl Beşdəli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdə yaradılacaq kooperasiyanın iqtisadi əhəmiyyəti barədə danışaraq iştirakçıları məlumatlandırmışdır.

Tədbirdə kənd sakinlərindən Arif Yaqubov, Murad Əliyev və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirə yekun vuraraq kənd sakinlərinin müraciətləri əsasında problemlərin həlli ilə bağlı əlaqədar qurum rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər