Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir

01 oktyabr 2018 | 16:00

Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi münasibətilə oktyabrın 1-də rayon İcra Hakimiyyətinin iclas zalında tədbir keçirilmişdir.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsi yüksək ehtiramla yad edilərək önünə gül-çiçək dəstələri düzülmüşdür.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırmış, xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Prokurorluğu 1918-ci il oktyabrın 1-də yaradılmışdır. Prokurorluq dövlətimizin həyatında mühüm yer tutur, insan hüquq və azadlıqlarının təmin edilməsində müstəsna rol oynayır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən etibarən prokurorluq işçilərinin peşə bayramı ölkəmizdə qeyd edilir. Bu il xüsusilə əlamətdardır ona görə ki, Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illiyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq qalaraq prokurorluq işçilərinə daim yüksək qayğı göstərir.

Rayon rəhbəri Nazim İsmayılov bir qrup prokurorluq işçisini Fəxri fərmanla təltif etmişdir.

Rayon prokuroru, baş ədliyyə müşaviri Pərvin Quliyev respublikanın Baş prokuroru Zakir Qaralovun təbrik məktubunu oxumuş, prokurorluq orqanları işçilərinin qarşısında duran vəzifələrdən danışaraq həmkarlarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Tədbirdə rayon Polis Şöbəsinin rəisi Namiq Camalov, rayon Məhkəməsinin sədri Füzuli Pənahov, rayon ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək təbriklərini çatdırmışlar.

Keçidlər