Şriftin ölçüsü :

Saytın rəngi :

Rüstəmli kəndində səyyar qəbul keçirilmişdir

25 sentyabr 2018 | 16:00

Sentyabrın 25-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Rüstəmli kənd klubunda Rüstəmli kənd sakinləri ilə görüş keçirmişdir. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmışdır. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verir. Qeyri-neft sektoru isə əsasən aqrar sahədir. Aqrar sahənin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev qarşımıza mühüm vəzifələr qoymuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılıqla bağlı rayonumuzda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. O, qeyd etmişdir ki, bu sahənin inkişaf etdirilməsi prioritet vəzifədir. Buna görə də hər kəs bu sahələrdə irəliləyişə nail olmaq üçün maksimum səy göstərməlidir.

Sonra kənd sakinləri Əliağa Həsənov, Məhəmməd Mirzəyevin müraciətləri dinlənilmişdir.

İcra başçısı Nazim İsmayılov kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar vermiş, qarşıda duran vəzifələrdən danışaraq tədbiri yekunlaşdırmışdır.

Keçidlər