Sabirabadda pambıq tədarükünün vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir
Sentyabrın 21-də Heydər Əliyev Mərkəzində pambıq tədarükünün vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir. Tədbirdə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisələrin, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon rəhbəri eyni zamanda pambıq tədarükünün mövcud vəziyyəti ilə əlaqədar vurğulamışdır ki, hazırki işlər qənaətbəxş deyildir. Indiyədək cəmi 1000 tonadək məhsul tədarük olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azdır.
Müşavirədə RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələrinin, aidiyyatı qurum rəhbərlərinin, şirkət təmsilçilərinin məlumatı dinlənilmişdir.
İcra başçısı müşavirəyə yekun vuraraq məhsul yığımı və tədarükü ilə əlaqədar bir daha aidiyyatı qrumların rəhbərlərinə tapşırıq və tövsiyyələrini vermişdir.