Yaxa Dəllək kəndində səyyar qəbul keçirilmişdir
Sentyabrın 18-də Yaxa Dəllək kənd tam orta məktəbinin iclas zalında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Yaxa Dəllək kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq ölkəmizdə və rayonumuzda görülmüş quruculuq işlərindən danışmışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş bir sıra tədbirləri də iştirakçılara çatdırmışdır. Bildirmişdir ki, aqrar sahənin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunması, onların sosial rifah halının yaxşılaşdırılması deməkdir.
Natiq pambıqçılıqla bağlı rayonumuzda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, qeyd etmişdir ki, bu sahədə uğurlarla yanaşı, nöqsanlar da mövcüddür.
RİHB-nin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Dəmirovun məlumatı dinlənilmişdir. Sonra kənd sakinlərindən Amid Tarverdiyev, Ədalət Balayev, Arif İsgəndərov, Malik Nəbiyev və başqalarının müraciətləri dinlənilmişdir.
Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinin, kənd icra nümayəndəsinin və bələdiyyənin qarşısında duran vəzifələrdən danışmış, qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar vermişdir.